40 milyon istədilər - "Borussiya” ondan imtina etdi

“Borussiya” “Çelsi”nin futbolçusu Mişi Batşuayini almaqdan imtina edib.

 

Sportinfo.az xəbər verir ki, buna səbəb “Çelsi”nin futbolçuya görə tələb etdiyi məbləğ olub.

 

Belə ki, “təqaüdçülər” 24 yaşlı belçikalıya görə 40 milyon avro tələb ediblər. Bu məbləğ dortmundluları qane etmədiyi üçün onlar Batşuayinin transferindən vaz keçiblər.

 

Futbolçu başa çatan mövsümdə icarə əsasında “Borussiya”da çıxış edib. O, Bundesliqada keçirdiyi 10 oyunda 7 qol vurub.

Tarix: 21 İyun 16:48    Oxunub: 638    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.