Müəmmalı gedişin sirri - “Real”da 2 dəfə çox qazanacaq


Qalmaqallı şəkildə İspaniya millisini “Real”a dəyişən baş məşqçi Xulen Lopeteqinin Madrid klubundakı qazancı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “kral klubu”nda milllidəkindən iki dəfə çox qazanacaq.

 

Bu barədə “El Confidecial” nəşri məlumat yayıb. Onun “Real”da illik qazancı 6 milyon avro olacaq. Maraq üçün deyək ki, Lopeteqinin “Barselona” və “Atletiko”dakı həmkarları - müvafiq olaraq,

 

Ernesto Valverde 12 milyon, Dieqo Simeone 14 milyon avro əməkhaqqı alır. Lopeteqi dünya çempionatının startına bir gün qalmış İspaniya yığmasından qovulub və “Real”la 3 illik müqavilə bağlayıb.

Tarix: 21 İyun 14:36    Oxunub: 583    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.