Təyyarə sifariş etdilər - O, uşağını görsün deyə

Danimarka yığmasının üzvləri Peru ilə qarşılaşmadan (1:0) sonra komanda yoldaşları Yonas Knudsen üçün xüsusi təyyarə sifariş ediblər.

 

sportinfo.az xəbər verir ki, Knudsen ötən həftə ata olub.

 

Futbolçular təyyarəni ona görə sifariş ediblər ki, Knudsen yeni doğulmuş övladını görə bilsin. Bu barədə məlumatı Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel verib:

 

“Biz məsələyə insanlıq prizmasından yanaşdıq. Komandada çoxlarının övladı var. Mən özüm də atayam.

 

Yonasın, övladının doğulduğu ilə bağlı mesaj aldıqdan sonra orda ola bilmədikdə, hansı hisslər keçirdiyini təsəvvür etmək çətindi. Biz bu addımı atmaqla, istədik ki, Yonas yeni doğulmuş övladını görsün”.

Tarix: 21 İyun 13:48    Oxunub: 647    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.