Premyer Liqa klubundan 25 milyonluq yeni transfer

“Vest Hem” heyətini yeni futbolçularla gücləndirib.

 

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yeni transferlərindən biri Fransanın “Tuluza” klubunun mərkəz müdafiəçisi İssa Diopdu.

 

Müqavilənin müddəti və maliyyə detalları açıqlanmır. Sadəcə, onun transfer məbləğinin klub üçün bir rekord olduğu bildirilib. İngiltərə mətbuatının yazdığına görə isə, “Vest Hem” bu transfer üçün 25 milyon avrosundan keçməli olub.

 

Sözügedən klub ötən mövsüm Marko Arnautoviçin transferi üçün 22,3 milyon avro ödəmişdi. Lakin Diopun transferi ilə Arnautoviçin rekordu yenilənib.

 

21 yaşlı futbolçu “Tuluza” forması ilə geridə qalan mövsümdə 31 oyuna çıxıb. Onunla “Monako”, “Olimpik” (Marsel), “Leyptsiq” və “Sevilya” klubları da yaxından maraqlanırdı.

 

“Vest Hem”in digər transferi isə qapıçı Lukaş Fabianski olub. Hazırda Polşa yığmasının heyətində Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan 33 yaşlı qolkiper yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

 

Onun son klubu İngiltərənin digər təmsilçisi “Suonsi Siti” olub. “Vest Hem”in yeni baş məşqçisi Manuel Pelleqrininin ilk transferi sağ cinah müdafiəçisi Rayan Frederiks olmuşdu.

Tarix: 21 İyun 13:00    Oxunub: 567    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.