Salah qalmaqal saldı, öz otağına yollandı heç kimlə danışmadı

Misir yığmasının hücumçusu Məhəmməd Salah ölkəsinin futbol federasiyasının rəhbərliyi (EFA) ilə dalaşıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə RT Misir KİV-nə istinadən məlumat yayıb.

 

“Liverpul” forvardını narazı salan, komandanın dünya çempionatına hazırlığının federasiya tərəfindən zəif təşkil edilməsi olub.

 

Məlumata görə, EFA təlim məşq toplanışına yüzlərlə biznesmen, artist və şou-biznes ulduzunu dəvət edib və bu futbolçuların əsas diqqəti məşqlərə yönəltməsinə əngəl olub.

 

EFA nümayəndələrindən biri Salahın səs tonuna nəzarət etməsini tələb edib; bundan hiddətlənən hücumçu acıq edərək öz otağına yollanıb və bir neçə saat heç kimlə danışmayıb.

 

Qeyd edək ki, Misir yığması artıq DÇ-2018-in pley-off mərhələsinə çıxmaq şansını itirib. Uruqvaya qarşı ilk matçı Salah Çempionlar Liqasının finalında aldığı zədəyə görə buraxmalı olub.

 

Həmin oyunda rəqiblər minimal hesabla qalib gəlib. İyunun 19-da keçirilən matda isə Rusiya yığması komandanı 1:3 hesabı ilə məğlub edib.

Tarix: 21 İyun 12:12    Oxunub: 634    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.