Ronaldo İspaniya ilə oyunda 38,6 km/saat sürət yığaraq...VİDEO

Kriştianu Ronaldu DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniyanın "One" kanalı məlumat versə də, bu, rəsmi olaraq öz təsdiqini tapmayıb.

 

Futbolçu iyunun 15-də keçirilən matçda əks hücum zamanı bu sürəti yığıb, lakin hücum qol ilə nəticələnməyib.

 

Hazırda yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.

 

Portuqaliya-İspaniya matçı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Ronaldu oyunda karyerasında DÇ çərçivəsində ilk het-trikini rəsmiləşdirib.

 

Tarix: 21 İyun 11:12    Oxunub: 1003    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.