"Neftçi"yə qalib gələn məhəllə komandası Bakı yolunda - FOTO

"Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Baltsan” klubunun kimliyinə aydınlıq gəlib.

 

Sportinfo.az xəbər verir ki, Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu.

 

Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar. "Baltsan" son mövsümü Premyer Liqada gümüş medallarla başa vurub. 

 

Belə ki, şəhərin gənclərindən təşkil olunan komandanın Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutduqlarından I diviziona qayıdıblar.

 

“Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib. “Baltsan” 1/4 finala kimi irəliləyib.

 

Son mövsümdə 2-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda  2015-ci ildə debüt edib. 

 

Prezidenti Anton Taqliaferro olan klubu Marko Miçoviç çalışdırır. Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirirlər. "Baltsan" 2016-ci ildə Avropa Liqasında "Neftçi" ilə üz-üzə gəlib. 

 

Təmsilçimiz rəqibini  iki oyunun nəticəsinə görə üstələyib. Tərəflər arasındakı ilk oyun Maltada, cavab oyunu isə Bakıda keçiriləcək

Tarix: 21 İyun 10:48    Oxunub: 700    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.