“Neftçi”nin kapitanı: “Uypeşt” haqda ətraflı məlumatımız yoxdu"

“Neftçi”nin kapitanı Ruslan Abışov Avropa Liqasının ilk təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

 

Sportinfo.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

 

“Uypeşt” haqqında ətraflı məlumatımız yoxdu, amma əminəm ki, yaxın günlərdə məşqçi heyətimiz bizi bütün lazım olan informasiya ilə təmin edəcək.

 

Düzdü, biz hər halda Macarıstan futbolunun nə qədər güclü olduğuna bələdik. Belə güclü çempionatdan Avropa Liqasına vəsiqə qazanan komanda zəif ola bilməz.

 

Ümid edirəm ki, təlim-məşq toplanışı bizim üçün xeyirli olacaq və biz toplanışın faydasını Avropa Liqasında görəcəyik”.

 

"Uypeşt”ə qarşı ilk oyun iyulun 12-də Bakıda, cavab oyunu iyulun 19-da Uypeştdə keçiriləcək.

Tarix: 21 İyun 09:24    Oxunub: 569    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.