"Hakim Ronaldodan köynəyini istəyib, bunu Pepedən eşitdim"

DÇ-2018-in B qrupunda qərarlaşan Mərakeş Portuqaliyaya 0:1 hesabı ilə uduzaraq, 1/8 finala yüksəlmək şansını itirib.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra Afrika qitəsinin təmsilçisinin yarımmüdafiəçisi Nordin Amrabat şok açıqlamalar verib.

 

O, qarşılaşmanın baş hakimi Mark Gigerin Kriştiano Ronaldonun formasını aldığını deyib: "Ronaldo matçın hakiminə çox təsir edib. Hakim fasilədə Ronaldodan köynəyini istəyib. Bunu Pepedən eşitdim.

 

Çox qəribədi. Bura dünya çempionatıdır, sirk deyil. Qələbəni biz haqq edirdik. Portuqaliya ancaq müdafiədə oturdu. Ronaldo belə geriyə gəlirdi.

 

Tez-tez VAR sistemindən danışırlar, amma bundan istifadə etməyəndən sonra danışmağın mənası yoxdur. Çünki ədalətsizliklə üzləşdik!"

Tarix: 21 İyun 09:00    Oxunub: 555    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.