Ronaldo azərbaycanlının başçılıq etdiyi siyahıda II oldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Mərakeş ilə görüşdə fərqlənməklə yığma komandaları tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib. 

 

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu yığmada 85-ci qoluna imza atıb.

 

Bununla da Ronaldo 84 qola malik macarıstanlı Ferents Puşkaşı arxada qoyub. O, ikinci pilləyə yüksəlib.  

 

Siyahıya İran millisinin sabiq futbolçusu, milliyyətcə azərbaycanlı hücumçu Əli Daei 109 qolla başçılıq edir.

 

Daei isə 2006-cı ildə milli komanda ilə vidalaşıb və növbəti il karyerasını başa vurub. Puşkaş isə 2006-cı ildə dünyasını dəyişib.  

Tarix: 21 İyun 08:36    Oxunub: 651    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.