"Siz son matça görə onu günahlandıra bilməzsiz"

Argentina millisinin baş məşqçisi Xorxe Sampaolinin Xorvatiya ilə oyundan öncə mətbuat konfransı olub.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis İslandiya ilə 1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra tənqid olunan Lionel Messi ilə bağlı açıqlama verib.

 

O, "Barselona"nın futbolçusuna ədalətli münasibət göstərilmədiyini  bildirib: "Messinin çiyinlərində böyük yük var. Son matçdakı performansına görə onu günahlandıra bilməzsiz.

 

Biz qələbə qazananda komanda qələbə qazanır, məğlub olanda isə günahkar Messi sayılır. Bir futbolçunun bu qədər üstünə getmək ədalətli deyil. O dünyanın ən yaxşı futbolçusudu".

Tarix: 21 İyun 08:12    Oxunub: 528    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.