Ronaldo 62 illik rekordu qırdı - dünya çempionatında

Rusiyada təşkil olunmuş dünya çempionatı çərçivəsində keçirilən Portuqaliya - Mərakeş oyunu birincilərin hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

 

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan ulduz bununla da komandasına mundialda ilk qələbə sevincini yaşatmış oldu.

 

Lakin bu qol həm də onun 62 illik bir rekordu qırması ilə yaddaqalan olub. Məsələ burasındadı ki, milli formada vurduğu qolların sayını 85-ə çıxaran Ronaldo macarıstanlı əfsanəvi futbolçu Ferens Puşkaşın rekordunu geridə qoyub.

 

Macarıstan yığmasının əfsanəvi üzvü Avropa komandaları arasında ən çox qol vuran oyunçu idi – 84. Lakin bu mundialda 4 qol vuran Ronaldo artıq Avropa yığmalarının ən çox qol vuran futbolçusudu. Kristiano buna 152-ci milli oyununda nail olub. Puşkaş isə həmin rekordu 85 oyunda rəsmiləşdirmişdi.

 

Xatırladaq ki, 33 yaşlı Ronaldo bu DÇ-də daha öncə başqa bir rekorda da imza atmışdı. Belə ki, o, İspaniya ilə ilk oyunda het-trik etməklə dünya çempionatları tarixində bir oyunda 3 qol vuran ən yaşlı oyunçu ünvanına sahib çıxmışdı.

 

Dünya futbolu tarixində milli komandada vurduğu qol sayına görə rekord isə İran millisinin sabiq hücumçusu Əli Daeidi. O, 149 oyunda 109 qola imza atıb.

Tarix: 21 İyun 08:00    Oxunub: 563    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.