Çempionun Divizionda çıxış etməsi Elxan Məmmədovdan asılıdı

AFFA tərəfindən ilkdəfə keçirilən Region Liqasının ilk qalibi «Uğur» oldu».

 

Sumqayıt təmsilçisi «Bayıl Arena»da keçirilən final oyununda «Energetik»ə qalib gəldi.

 

İndi isə «gənclik şəhəri» təmsilçisi I Divizion arzusundadı. Hər halda AFFA-nın baş katibi Elxan Məmmədovun da ağzından çıxan bir söz var.

 

Belə ki, federasiya rəhbəri liqanın kubokunu başı üzərinə qaldıran kollektivin divizionda iştirakının mümkün olduğunu və bu məsələni qarşı tərəflə müzakirə edəcəklərini bildirib.


Həmin görüş isə yaxın günlərdə təşkil olunmalıdı. Sportinfo.az-a bu barədə «Uğur»un baş məşqçisi Qəzənfər Abbasov məlumat verib:

 

«Tezliklə görüş olmalıdı. Komandamız yeni yaransa da, artıq bir sıra yaxşı  nəticələr göstərib. Ötən il Həvəskarlar Liqasını udduq, bu il isə Region Liqasının qalibi olduq.

 

Hər il bir addım da irəli getmək, daha da iddialı olmaq istəyirik. Region Liqasından sonra hədəfimiz birinci diviziondu.

 

Rəhbərliyimiz Elxan Məmmədovla görüşdən çox şey gözləyir. Baxaq görək, AFFA bizə nə kimi köməklik göstərəcək.

 

Region Liqasında komandanın aylığı 5000 min manatı keçirdi. Bu pulla divizionda heyət yığmaq qeyri-mümkündü. Hər ay minimium 10 min manatımız çıxacaq. Bəlkə daha da çox. Bu da az məbləğ deyil.

 

Region Liqasını qazanandan sonra klubumuza sponsorluq etmək istəyənlər var. Yəni ki, hər şey AFFA-nın verəcəyi qərardan asılıdı. Bu gün üçün deyə bilərəm ki, maliyyə imkanlarımız zəifdi.

 

AFFA divizionda iştirak edəcək klubların qarşısına müxtəlif şərtlər qoyub. Onlardan biri də bank zəmanətidi. 300 min manat dəyərində bank zəmanəti verməliyik. İstəyirik ki, AFFA həmin məbləği bir qədər aşağı salsın.

 

Razılıq versələr, ondan sonra sponsorlarla oturub danışacağıq ki, gücləri nəyə çatır. «Uğur»a maliyyə dəstəyi verməyə hazır olan insanların bank zəmanəti almağa gücü çatır, sadəcə, o qədər yox.

 

AFFA bizi diviziona buraxmasa belə, klubumuz fəaliyyətini dayandırmayacaq. Yenə Region Liqasında çıxış edəcəyik. Ancaq çempion olduqdan sonra bir də ora qayıtmaq… Daha səviyyəli və peəşkar çempionatda mübarizə aparmaq istəyirik. H

 

eyətimizin 90 faizi sumqayıtlılardan qurulub. Divizionda oynasaq, rəqiblərimizi yenə Sumqayıtda qəbul edəcəyik. Həmin vaxtadək «Mehdi Hüseynzadə» təmirə bağlanmasa, ev oyunlarımızı bu stadionda keçirəcəyik. Ya da «Sumqayıt» rəhbərliyi ilə danışıb, «Kapital Arena»ya üz tutacağıq.

 

Hamımız ümidliyik. Komandanın qazandığı uğurlar rəhbərliyimizdə böyük ruh yüksəkliyi yaradıb. Bu uğurların davamını divizionda gətirmək istəyirik. Ümid edirik ki, Elxan müəllimlə görüşdə bu məsələlərin hamısı öz müsbət həllini tapacaq».

 

Tarix: 20 İyun 19:12    Oxunub: 1016    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.