Onlar "Neftçi"yə xeyli narahatlıq yaratsa da...

Avropa Liqasında “Keşlə”yə rəqib olan “Baltsan” 3 mövsümdə 2-ci dəfə ölkəmizə gələcək.

 

Sportinfo.az xəbər verir ki, Malta klubu 2016-cı ilin yayında eyni turnirdə “Neftçi” ilə qarşılaşıb.

 

Düzdü, bakılılar ada ölkəsinin klubunu keçə bilib. Lakin “ağ-qaralar” azarkeşlərini xeyli narahatlıq yaşadıb.

 

Səfərdəki 2:0 hesablı qələbədən sonra evdə uduzan “ağ-qaralar” çətinliklə mərhələni arxada qoyub. “Baltsan”a “Neftçi”ni dayandırmaq üçün cavab oyununda cəmi 1 qol yetməyib.

 

Ümumilikdə isə Malta klubları ilə 3 dəfə yollarımız kəsişib. Bütün bunlar son illərə təsadüf edib.

 

2013/14 mövsümündə “Xəzər Lənkəran” “Slima”nı səfərdə yenə bilməsə də, heç-heçədən sonrakı ev qələbəsi ilə turu adlayıb.

 

Növbəti il “Qarabağ” Çempionlar Liqasında “Valetta”nı hər iki oyuna yenib. Bakıda isə böyükhesablı nəticə qeydə alınıb.

 

Bir sözlə, hər üç dueldə mərhələ adlayan komandalarımız 4 qələbə qazanıb, 1 heç-heçə edib və 1 məğlubiyyət alıb. 10 qol vuran futbolçularımız 3 top buraxıb. (apasport)

 

2013/14 mövsümü, Avropa Liqası
Slima (Malta) - Xəzər Lənkəran – 1:1, 0:1

2014/15 mövsümü, Çempionlar Liqası
Valletta (Malta) – Qarabağ – 0:1, 0:4

2016/17 mövsümü, Avropa Liqası
Baltsan (Malta) – Neftçi – 0:2, 2:1

Tarix: 20 İyun 18:24    Oxunub: 742    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.