FOTO - "Qəbələ"nin rəqibi Azərbaycana erməni hücumçu gətirir?

"Qəbələ"nin rəqibi Lüksemburq "Proqres"inin heyətində Azərbaycana erməni futbolçu gələ bilər.

 

Sportinfo.az xəbər verir ki, bu, hücumçu Aleksandr Karapetyandı.

 

31 yaşlı hücumçu Gürcüstanda doğulsa da, 2014-cü ildə iki dəfə Ermənistan millisinə cəlb olunub. Təcrübəli forvardın Gürcüstan və Almaniya vətəndaşlığı da var.

 

2017-ci ildən "Proqres"də çıxış edən Karapetyan əvvəllər Almaniya komandalarının da formasını geyinib. O, ötən mövsüm 23 oyuna 29 qol vurub və komandasının ən yaxşı, Lüksemburq Yüksək Liqasının ikinci ən yaxşı bombardiri olub.

 

"Qəbələ" "Proqres"lə ilk oyununu iyulun 12-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək. 

Tarix: 20 İyun 16:36    Oxunub: 617    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.