"Neftçi"nin baş məşqçisi: "Uypeşt"lə dueldən qalib çıxmağa çalışacağıq"

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. 

 

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Uypeşt”in kifayət qədər güclü komanda olduğunu bildirib.

 

"Uypeşt"lə ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.  O, Macarıstan komandasını xüsusən fiziki baxımdan fərqləndirib.

 

Bununla belə, Bordin "Neftçi"nin qarşısında böyük məqsədlərin olduğunu vurğulayıb: "Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.

Tarix: 20 İyun 15:12    Oxunub: 590    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.