"Bu futbolçuya Azərbaycan millisində oynvamaq təklif olunmuşdu"

«Bu futbolçuya Azərbaycan millisində oynvamaq təklif olunmuşdu, amma o, Rusiyanı seçdi».


Sportinfo.az xəbər verir ki, bu sözlər «TRT Spor»un spikerlərinə məxsusdu.


Rusiyanın Misiri 3:1 udduğu qarşılaşma haqda fikirlərini bölüşən türkiyəli həmkarımızın fikrincə, dünya çempionatına ev sahibliyi edən ölkənin qrupda 6 xal toplamasında Aleksandr Səmədovun rolu böyükdü:

 

«Səudiyyə Ərəbistanı və Misir üzərində qələbələrdə Səmədovun rolu danılmazdı. O, komanda üçün hər şey edir. Çox texnikalı və sürətlidi. Topu meydanda boş-boş özündə gəzdirmir.

 

Vaxtilə onu Azərbaycan millisinə dəvət etmişdilər. Lakin Səmədov fikrini dəyişdi və Rusiya millisindən alacağı təklifi gözləməyə dəyişdi.

 

İndi isə dünya çempionatında adından söz etdirir. Yəqin ki, azərbaycanlı qardaşlarımız onu əlindən qaçırmağın təəssüfünü bu gün də çəkir».

 

Tarix: 20 İyun 17:36    Oxunub: 791    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.