Neymarı tənqid etdi: "Eqoistdi, komanda oyunu oynamadı"

Braziliya yığmasının sabiq üzvü Ze Elias DÇ-2018-in qrup mərhələsində İsveçrə ilə keçirilən oyun barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Elias yığmanın lideri Neymarı kəskin tənqid edib.

 

O, Neymarın eqoist olduğunu vurğulayıb: “Neymar özünə qarşı edilən kobudluqlara görə xeyli cərimə zərbəsi qazandı. Çünki o, meydanda eqoistlik edirdi, topu özündə çox saxlayırdı.

 

O, komanda oyunu oynamadı. Ümumiyyətlə, Neymar topu özündə saxlamaqla, komanda oyununun necə olduğunu unutmuşdu”.

 

İsveçrə ilə oyunda Neymara qarşı 10 dəfə qayda pozuntusu edilib. Braziliya - İsveçrə qarşılaşması 1:1 hesabı ilə başa çatıb.

Tarix: 20 İyun 15:36    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.