"Real" millinin qapıçısını 13,5 milyon avroya transfer edir

"Real" sürpriz transferə hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, Madrid klubu Ukraynanın "Zarya" klubunun qapıçısı Andrey Lunini transfer etmək üzrədi.

 

Ukrayna və İspaniya mətbuatında yayılan məlumatlara görə, "kral klubu"nun 13,5 milyon avroluq təklifi qəbul edilib.

 

Əgər danışıqlarda digər detallar müsbət yekunlaşsa, "Real" 19 yaşlı əlcək sahibini növbəti mövsüm üçün icarəyə verəcək.

 

Lunin bu il Ukrayna yığmasında debüt edib. Gənc qapıçı ötən mövsüm 36 oyundan sonra qapısında 54 qol görüb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Tarix: 20 İyun 15:24    Oxunub: 473    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.