“Qarabağ” bu futbolçunun qalması üçün maaşını 10% artırdı

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” bugünlərdə daha bir futbolçuyla yeni müqavilə imzalayıb.


Geridə qalan mövsümün sonunda müqavilə müddəti başa çatan Dani Kintana daha 2 il Ağdam klubunun formasını geyinəcək.


Halbuki ispaniyalı yarımmüdafiəçinin getmək ehtimalı çox böyük idi. Adı vaxtilə çıxış etdiyi Polşanın bir sıra klublarıyla, o cümlədən, «Yageloniya» ilə yanaşı hallanırdı.

 

İspaniya Sequndasında mübarizə aparan «Las Palmas»dan və bəzi ərəb ölkələrindən təklif almapsı da heç kimə sirr deyildi. 

 

Dani «Qarabağ»da qalması üçün şərtləri ağırlaşdırmışdı. İlk başda əvvəlkindən 50 faiz artıq maaş tələb edirdi. Onun burda keçirdiyi 2,5 ildə 1,3 milyon avro qazandığını xatırladaq.

 

Sonda nə baş verdi? Azərbaycan çempionu qiymət artımına getdi. Lakin o səviyyədə yox! Daninin əməkhaqqısı cəmi 10 faiz artırılıb. 


SPORTİNFO.AZ

 

Tarix: 20 İyun 15:00    Oxunub: 867    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.