Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmadı

Portuqaliyanın "Oliveyrense" komandasının futbolçusu Brayan Riaskosun "Neftçi"yə transferi baş tutmayıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "ağ-qaralar"ın prezidenti Kamran Quliyev məlumat verib.

 

Onun sözlərinə görə, 24 yaşlı kolumbiyalı hücumçunun keçidi son anda rəsmiləşməyib: "Riaskosla prinsipial razılıq əldə etmişdik. Bu, sirr deyil. Hər şey rəqəmlərədək danışılmışdı.

 

Lakin bir problem çıxdı. Brayanı Primeyraya vəsiqə qazanan "Nasyonal"a dəvət etdilər. Ona görə də "Neftçi"yə gələ bilmədi. Bu, son an məsələsi idi".

 

Brayan Riaskos 2017-2018 mövsümündə Portuqaliya Sequndasında 11 dəfə fərqlənib. "Oliveyrense" mövsümü 49 xalla 12-ci pillədə başa vurub. Primeyraya yüksələn "Nasyonal" isə 71 xalla Sequndanın qalibi olub.

Tarix: 20 İyun 13:12    Oxunub: 887    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.