DÇ-2018-in ən yaşlı oyunçusu Rusiyaya məğlubiyyətə görə xalqdan üzr istədi

Misir millisinin kapitanı Essam əl-Hadari dünya çempionatında II turun açılış matçında Rusiyaya 1:3 hesablı məğlubiyyətlə əlaqədar üzr istəyib. 

 

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qapıçı üzrxahlığını Misir xalqına çatdırıb.

 

O bildirib ki, futbolda uğur həmişə öz tərəflərində olmur: "Rusiyaya məğlubiyyətə görə bütün misirlilərdən üzr istəyirəm. Nə oyunçu, nə də baş məşqçi uduzmaq istəyir.

 

Növbəti mərhələ şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik. Bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur, hərdən uğur sənin tərəfində olmur". 

 

Qırx beş yaşlı qolkiperin fikrincə, Misir yığması əvvəlki uğurlarını davam etdirməyə qadirdir və komandada kütləvi dəyişikliklər edilməməlidir: "Bu komanda çoxlu nailiyyətə imza atıb. Gələcəkdə də belə davam etməsi vacibdir". 

 

Səudiyyə Ərəbistanının "Əl-Taavun" klubunda çıxış edən Əl-Hadari Misir yığmasının DÇ-2018-də keçirdiyi ilk 2 oyununda ehtiyatda qalıb.

 

O, Səudiyyə Ərəbistanı ilə avqustun 25-də keçirəcəkləri son tur matçında meydana çıxsa, dünya çempionatları tarixində ən yaşlı oyunçu ünvanına yiyələnəcək.

 

Hazırda bu rekord Kolumbiya yığmasının və Türkiyənin  "Qalatasaray" klubunun keçmiş qapıçısı Fərid Mondraqona məxsusdur. Mondraqon 43 yaşında ikən - 2014-cü il dünya çempionatında meydana çıxıb.  

 

Argentinalı baş məşqçi Ektor Kuperin rəhbərliyi altında Misir yığması 2017-ci il Afrika Millətlər Liqasında finala, həmçinin, 28 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanıb.

 

İlk turda Uruqvaya 0:1 hesabı ilə uduzan Misir yığması hazırda xalsızdır və 1/8 finala vəsiqə şanslarını faktiki itirib.

 

Bu gün Səudiyyə Ərəbistanı yığması Uruqvaya qalib gələ bilməsə, Ektor Kuperin baş məşqçi olduğu komandanın qrupda qalması rəsmiləşəcək. 

Tarix: 20 İyun 13:36    Oxunub: 460    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.