Əliyev "Qarabağ"a yeni rəhbər təyin etdi

Azərbaycan Kikboksinq Federasiyanın ofisində iclas keçirilib. Sportinfo.az xəbər verir ki, iclasda əsas müzakirə İran və Azərbaycan kikboksçuları arasında martın 3-də baş tutacaq turnirin keçirilməsi olub. AKF prezidenti, millət vəkili Adil Əliyev qarşıda gözlənilən planlarla bağlı danışaraq hədəfləri açıqlayıb.

 

AKF-nin ümumi işlər üzrə vitse-prezidenti Güloğlan Cabbarov bir sıra məsələlərə diqqətə çəkərək idmançılar arasında böyük əhval-ruhiyyənin olduğunu bildirib. Sonra çıxış edən AKF-nin peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb iclasda üç təkliflə çıxış edib. Bunlardan birincisi, federasiyada peşəkarlar üzrə menecer vəzifəsinin təsis olunması, peşəkarlar üzrə kapitan vəzifəsinin, Qarabağ Regional Klublarına rəhbər seçilməsi olub.

 

Beləliklə, yekdilliklə Azərbaycan Respublikasının əməkdar məşqçisi Sadiq Bağırov peşəkarlar üzrə menecer, dünya çempionları Ramal Aslanov peşəkarlar üzrə kapitan, Vüsal Ələsgərov isə Qarabağ Regional Klublarına rəhbər vəzifələrinə təyin olunublar. İclasda federasiyanın baş katibi Oruc Məmmədli, idarə heyətinin üzvləri Famil İsmayilov, Azad Aydınoğlu,və Elnur Həşimov da iştirak ediblər.

Tarix: 14 Fevral 19:48    Oxunub: 532    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.