Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazandı

Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

 

Yunan-Roma güləşçilərindən Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. Əli Əlizadə (68 kq) isə bürünc medala yiyələnib. 

 

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) sahib olub. 

 

Görüşləri idarə edənlər arasında azərbaycanlı milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev də yer alıb. 

Tarix: 20 İyun 12:12    Oxunub: 452    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.