Avstriya klubu hücumçumuzun transfer vərəqəsini gözləyir

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Mattersburq”a keçidinin ləngimə səbəbi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, avstriyalılar futbolçunun transfer vərəqəsini gözləyir.

 

Belə ki, Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsus olduğundan, Türkiyə klubu sərbəst qalma sənədini Avstriyaya hələ göndərməyib. Bu isə müəyyən vaxt tələb edir.

 

Transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən “Mattersburq”un oyunçusu olacaq. Ramil Şeydayev ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

Tarix: 20 İyun 11:48    Oxunub: 606    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.