"Qarabağ" bunları bilsin!

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq.

 

Sportinfo.az xəbər verir ki, 1911-ci ildə əsası qoyulan klub 2004-cü ildə dağılıb və 2005-ci ildə yenidən yaranıb.

 

Komanda 5-ci liqadan mübarizəyə başlayaraq, hər mövsüm yüksək dəstəyə vəsiqə qazanıb. 2005-2007-ci illərdə paytaxt Lyubliyanada yerləşən Beziqrad qəsəbəsinin adına uyğun olaraq, “Beziqrad” adı ilə fəaliyyət göstərib. 2007-2008-ci illərdə isə “Olimpiya” adı ilə Beziqradı təmsil edən komanda 2008-ci ildən Lyublyananın adına çıxış edir.

 

Komanda 2009-cu ildə elitaya vəsiqə qazanıb. Paytaxt təmsilçisi 2015/2016 və 2017/2018-ci illər mövsümündə çempionluq sevinci yaşayıbsa, 2 dəfə gümüş və 1 dəfə də bürünc medala sevinib. “Əjdahalar” 1 dəfə də ölkə kubokunu qazanıb.

 

İndiyə qədər “Olimpiya” avrokuboklarda 18 oyun keçirib. Komanda bu matçlarda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 dəfə yenilgi yaşayıb.

 

Lyublyana təmsilçisinin ləqəbi “əjdahalar” və “yaşıl-ağlar”dır. Buna uyğun olaraq ev oyunlarını komanda ağ və yaşıl rəngli formalarda keçirir. Komanda ev oyunlarını 16 min 38 nəfərlik azarkeş tutumu olan “Stozice” stadionunda keçirir.

 

“Olimpiya”nın prezidenti 79 yaşlı Milan Mandariçdir. O, 2015-ci ildən komandanın prezidentidir. Baş məşqçi postuna 2018-ci ildə 39 yaşlı serbiyalı İliya Stolitsa gətirilib. Komandanın kapitanı 35 yaşlı müdafiəçi Branko İliçdi (qarabagh.com).

Tarix: 20 İyun 11:00    Oxunub: 681    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.