"Meydanda biz yox, oyunçular mübarizə aparacaq"

İspaniya millisinin baş məşqçisi Fernando Yerro dünya çempionatının qrup mərhələsinin ikinci turunda İrana qarşı keçiriləcək oyundan danışıb.

 

Sportinfo.az xəbər verir ki, o, rəqibin standart vəziyyətlər zamanı çox güclü olduğunu bildirib:

 

“Biz rəqibi çox yaxşı öyrənmişik. Karluş Keyruşu da çoxdan tanıyıram. Onunla münasinətimiz yaxşıdır. Amma meydanda biz yox, oyunçular mübarizə aparacaq.

 

İran millisi həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışlayır. Onlar seçmə mərhələdə 37 qol vurublar ki, bunun da 40 faizi standart vəziyyətdəndir. 

 

Bu isə o deməkdir ki, rəqib nə etməli olduğunu çox yaxşı bilir. İran millisi fiziki cəhətdən də güclüdür. Mərakeşə qarşı necə oynadıqlarını gördük. Rəqibə hörmətlə yanaşırıq”. 


B qrupunun ikinci turu çərçivəsində keçiriləcək İran - İspaniya oyunu sabah Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Tarix: 20 İyun 10:24    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.