Millimizin üzvü karyerasını Türkiyə klubunda davam etdirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını “Bursaspor”da davam etdirəcək.

 

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Samet Aybaba rəhbərliyi altında görmək istəmədiyi futbolçuların adını açıqlayıb. 

 

Məşhur məşqçi Dzon Delarqe, Xires Kembo-Ekoko, Coşua  Con və Sərcan Yıldırımı yeni mövsüm öncəsi Afyon və Avstraliyada baş tutacaq təlim-məşq toplanışına aparmayacaq.

 

Digər futbolçular isə komandanın düşərgəsində olacaqlar. Bu da, ötən mövsümün bir hissəsini icarə əsasında Hollandiyanın “Valveyk” klubunda keçirən gənc futbolçunun komandada qalacağı deməkdir. 

 

21 yaşlı futbolçunun “Bursaspor”la 2021-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsümün əvvəlində komandaya cəlb olunsa da, özünü doğrulda bilməyib. “Bursaspor” yeni mövsümün hazırlıqlarına iyunun 27-də başlayacaq. 

Tarix: 20 İyun 10:12    Oxunub: 602    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.