"Olimpiya"ya uduzacağı təqdirdə, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi müəyyənləşdi

UEFA dünən Çempionlar Liqası və Avropa Liqasının ilkin təsnifat mərhələləri ilə bağlı daha bir püşkatma keçirib.

 

Sportinfo.az xəbər verir ki, lk iki püşkatmada ÇL-in 1-ci və 2-ci təsnifat mərhələlərində hansı komandaların qarşılaşacağıq müəyyənləşmişdi.

 

Çempionlar Liqasının ilk təsnifat mərhələsində uduzacaq komandaların Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri də müəyyənləşib.

 

Məlum olduğu kimi, ÇL-də ilk təsnifat mərhələsində mübarizəni dayandıran kollektivlər Avroliqada oynamaq məcburiyyətində qalır. 

 

Əslində, Avroliqanın püşkatması bu gün keçiriləcək. Lakin Avroliqaya ÇL-dən gedəcək kollektivlərin aqibətinə məhz dünən baş tutan püşk aydınlıq gətirib.

 

Beləliklə, Avroliqanın 2-ci təsnifat mərhələsində Çempionlar yolunda ÇL-in ilkin mərhələsində məğlub olan 3 komanda, həmçinin 1-ci təsnifat mərhələsinin 15 məğlub komandası mübarizə aparacaq. Onlar ümumilikdə 9 cütlük təşkil edəcək.

 

Avropa Liqasının əsas yolunun püşkü isə sabah atılacaq. Hansı ki, bu mərasimdə “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bilinəcək.

 

Avropa Liqası
2-ci təsnifat mərhələsi, Çempionlar yolu

Şkendiya (Makedoniya)/TNS (Uels) - İlkin mərhələnin ikincisi

Torpedo (Kutaisi, Gürcüstan)/Şerif (Moldova) - HJK (Finlandiya)/Vikinqur (Farer adaları)

Spartak (Trnava, Slovakiya)/Zrinski (Bosniya və Hersoqovina) - Kukesi (Albaniya)/Valletta (Malta)

Santa Koloma (Andorra)/Drita (Kosovo) - Valur (İslandiya)/Rusenborq (Şimali İrlandiya)

Astana (Qazaxıstan)/Sutyeska (Çernoqoriya) - Alaşkert (Ermənistan)/Seltik (Şotlandiya)

Düdelanj (Lüksemburq)/Videoton (Macarıstan) – İlkin mərhələnin qalibi/Malmö (İsveç)

Spartak (Yurmala, Latviya)/Srvena Zvezda (Serbiya) - La Fiorita (San Marino)/Linkoln (Cəbəllütariq)

Suduva (Litva)/APOEL (Kipr) - Flora (Estoniya)/Hapoel (Beer-Şeva, İsrail)

Olimpiya (Lyublana, Sloveniya)/Qarabağ (Azərbaycan) - Ludoqorets (Bolqarıstan)/Kruzeyders (Şimali İrlandiya)

 

Ölkə çempionları üçün təsəlli xarakteri daşıyan bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları avqustun 2-də baş tutacaq.

 
Tarix: 20 İyun 10:00    Oxunub: 595    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.