"Həmin məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm"

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Xuan Antonio Piççi Uruqvayla oyunun hazırlığından danışıb. 

 

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis dünya çempionatında keçirdikləri ikinci görüşdə qələbə qazanmağa çalışacaqlarını söyləyib:

 

"Rusiya ilə oyunun nəticəsinə tənqidi yanaşırıq. Həmin məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm.

 

Amma vəziyyəti dəyişmək şansımız var. Uruqvayla görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Uruqvay millisinin üzvlərinin bizimlə görüşdə qələbə qazacaqlarını söyləmələri normaldr.

 

Biz isə rəqiblə başabaş mübarizə apara biləcəyimizi göstərməyə çalışacağıq. Mundialdan öncə yoxlama görüşlərində komandam özünü yaxşı tərəfdən göstərdi. Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”.

Tarix: 20 İyun 09:48    Oxunub: 400    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.