"Heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz"

"Rəqibimiz güclüdü, ilk təsnifat mərhələsi üçün çətin komandadı.

 

Biz bilirik ki, Sloveniyada futbol necə inkişaf edir". 

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

 

"Qarabağ" bu mərhələdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək. İllərin təcrübəsi rəqibə hörmətlə yanaşdıqlarını deyib:

 

"Ötən il "Maribor" Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdilər. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz".

 

Albaniyalı futbolçu matçlara ciddi hazırlaşacaqlarını deyib: "Biz artıq hazırlıqlara başlamışıq, sabah da Avstriyaya yollanacağıq.

 

Bu matçlara yaxşı hazırlaşacağıq. Biz də ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq".

Tarix: 20 İyun 09:24    Oxunub: 430    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.