Antuan Qrizmann "Atletiko" ilə müqaviləsini Rusiyada uzatdı

Fransa millisinin futbolçusu Antuan Qrizmann "Atletiko" ilə müqaviləsini uzadıb.

 

Sportinfo.az xəbər verir ki, yeni sözləşmə dünya çempionatı ilə əlaqədar Rusiyada olan Fransa yığmasının Moskvaətrafı İstra bazasındakı düşərgəsində imzalanıb.

 

Bununla əlaqədar Madrid təmsilçisinin icraçı direktoru və əsas səhmdarı Migel Anxel Xil Rusiyaya gəlib. O, Lukas Ernandes və Toma Lemarla da görüşüb.

 

Hücumçu Qrizmann ilə 2023-cü ilədək, müdafiəçi Ernandes ilə 2024-cü ilədək anlaşma əldə olunub. Xil "Monako"dan alınan yarımmüdafiəçi Lemarla da razılığa gəlib. Futbolçu transferinin tam rəsmiləşməsi üçün yeni klubunda tibbi baxışdan keçməlidi.

 

Antuan Qrizmann karyerasını "Atletiko"da davam etdirəcəyini iyunun 14-də açıqlayıb. Onun "Barselona"ya keçidi dəbbə pulunun 100 milyon avro təşkil etməsi üzündən baş tutmayıb. 

Tarix: 20 İyun 08:48    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.