"Ata-anası görmür qızı necə geyinir?” - Ağacan Abıyev

“Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?”

 

Sportinfo.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib.

 

Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar: "Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdu, kim necə istəyir, elə də geyinir.

 

O qız azərbaycanlıdı, hə? Onda ata-anası baxmalıdı ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidilər ki, Bakıda belə geyinmək olmaz!

 

Sən azərbaycanlısan, qayda-qanun var... Bu, o ailənin məsələsidi, ata-ananın işidi. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdı".

Tarix: 20 İyun 08:24    Oxunub: 638    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.