Misir yığmasının baş məşqçisi istefaya göndərildi

Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Assosiasiya rəhbərliyindəki mənbəyə istinadən "Əl-Vatan" qəzeti yazıb.

 

Bildirilir ki, MFA Ektor Kuper və futbol üzrə Misir yığması qərargahının DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefa göndərilməsinə razılıq verib.

 

Görüş iyunun 25-də Volqoqradda baş tutub. Misirlilər qrup mərhələsinin birinci turunda Uruqvaya (0:1), ikinci turunda isə Rusiyaya (1:3) məğlub olublar.

Tarix: 20 İyun 08:12    Oxunub: 464    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.