Millimiz 2 yaş kateqoriyası üzrə bürünc medala layiq görüldü

Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.

 

Sportinfo.az xəbər verir ki, mötəbər turnirdə 5 qızıl, 9 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında 4-cü olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

 

Usta cüdoçularımız Fərhad Rəcəbli, Məmməd Məmmədov, Samir İsmayılov, Azər Fətullayev və İntiqam Ələkbərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar.

 

Azər Əsgərov, Vüqar Babayev, Vüqar Budaqov, Yamən Fətiyev, Babək Hacıyev, Rüfət İsmayılov, Hafiz Hacıyev, Məhəmməd Müslümzadə və Zaur Paşayev qitə çempionatının bürünc medalına sahib olub.

 

Millimiz iki yaş kateqoriyası üzrə (30-40, 40-50) keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.

Tarix: 20 İyun 08:00    Oxunub: 402    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.