“Qarabağ”a pulsuz başa gələcək - Yeni müqavilə təklifini rədd etdi

“Çesena”nın yarımmüdafiəçisi Kərim Laribi “Qarabağ”a keçə bilər.

 

Sportinfo.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı “vinger” ən real təklifi məhz Ağdam klubundan alıb.

 

Bildirilir ki, “Çesena” ilə müqavilə müddəti başa çatan Laribi ağdamlılarla danışıqları yekunlaşdırmaq üzrədi.

 

Tərəflər ortaq məxrəcə gəlsə, Tunis millisinin üzvü “Qarabağ”a pulsuz başa gələcək. Sabiq “Palermo”lu klubunun yeni müqavilə təklifini artıq rədd edib.

 

İtaliyanın gənclər millisində oynamış Kərim Laribi ötən il çağırıldığı Tunis yığmasının heyətində 1 görüş keçirib. Milan “İnter”inin yetirməsi olan futbolçu karyerası ərzində yalnız İtaliya klublarında çıxış edib.

Tarix: 20 İyun 00:30    Oxunub: 968    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.