"Qarabağ" "Olimpiya" səddini keçsə... Ya "Kukesi", ya da "Valetta"!

Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" I mərhələdə Sloveniya "Olimpiya"sı ilə qarşılaşacaq.

 

Bu cütün qalibi II təsnifat mərhələsində "Kukesi" (Albaniya) - "Valetta" (Malta) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

 

ÇL-də I təsnifat mərhələsinin ilk oyunları iyulun 10-11-də, cavab matçları isə iyulun 17-18-də keçiriləcək.  II təsnifat mərhələsində isə ilk oyundlar iyulun 24-25-i, cavab qarşılaşmaları isə iyulun 31-i və avqustun 1-də baş tutacaq.

Tarix: 19 İyun 18:48    Oxunub: 509    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.