DÇ-nın açılışında qadın vaxtından əvvəl övlad dünyaya gətirib

Rusiyanın Krasnodar diyarındakı doğum evlərindən birində qadın pasiyent Rusiya və Səudiyyə Ərəbistanı arasındakı dünya çempionatının açılış oyunu zamanı vaxtından əvvəl uşaq dünyaya gətirib.

 

Sportinfo.az xəbər verir ki, diyarın səhiyyə naziri Yevgeni Filippov açıqlama verib.

 

Nazir bildirib ki, hamiləliyinin 38-ci həftəsində olan qadın matçın gedişində həyəcandan doğuşa başlayıb. Pasiyent Rusiya 5-ci qolu vurduğu vaxt oğlan dünyaya gətirib.

 

Körpəyə isə həmin qolu vuran Aleksandr Qolovinin adı verilib. Rusiya Səudiyyə Ərəbistanı ilə görüşdə 5:0 hesablı qələbə qazanıb. 

Tarix: 19 İyun 17:48    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.