Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"

"Çox çətin rəqiblə qarşılaşacağıq.

 

Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. 

 

"Qarabağ" bu mərhələdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək. Qurban Qurbanov artıq bu gündən rəqib haqda məlumatlar toplamağa başlayacaqlarını bildirib:

 

"Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

 

Tərəflər arasındakı ilk oyun iyulun 10-11-də Sloveniyada , cavab görüşü isə 17-18 iyulda Bakıda reallaşacaq.

Tarix: 19 İyun 15:36    Oxunub: 417    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.