"Almaniyanın məğlubiyyətindən sonra bu 3 xal çox dəyərli oldu"

İsveçin baş məşqçisi Yanne Andersson DÇ-2018-in F qrupunda Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis qələbənin dəyərindən danışıb:

 

"Çoxlu epizod yaxaladıq və növbəti oyunlarda daha keyfiyyətli olacağımıza inanıram. Cənubi Koreyanın ən yaxşı futbolçusu qapıçısı idi. Almaniyanın məğlubiyyətindən sonra bu 3 xal bizim üçün qrupda çox dəyərli oldu".

 

İsveç qrupda ikinci oyununu xalı olmayan Almaniyaya qarşı keçirəcək. Görüş iyunun 23-də baş tutacaq.

Tarix: 19 İyun 13:48    Oxunub: 265    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.