"Yığmada ulduz yoxdu, bütün oyunçular mənim üçün eynidi"

Tunis millisinin baş məşqçisi Nabil Maalul DÇ-2018-in G qrupunda İngiltərəyə uduzduqları (1:2) oyun haqda fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, o, rəqibin daha üstün olduğunu etiraf edib:

 

“Ötən mətbuat konfransında demisdim ki, bizi ağır oyun gözləyir. Belə də oldu. İngiltərə yaxşı oynadı.

 

Biz isə demək olar ki, 90 dəqiqə müdafiə olunduq. Rəqibin sürətli oyunçuları var. Xüsusən də Harri Keyn və Rahim Sterlinq 

 

Tunis yığmasında ulduz futbolçu yoxdur. Bütün oyunçular mənim üçün eynidir. Hər bir görüşdə ən yaxşı oyunumuz göstərməyə çalışırıq”.

Tarix: 19 İyun 15:24    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.