MY braziliyalıdan əl çəkmir - 60 milyon avroluq təklif

“Mançester Yunayted” Villian sevdasından əl çəkmir.

 

Sportinfo.az xəbər verir ki, mankunianlar “Çelsi”nin braziliyalı yarımmüdafiəçisini transfer etmək üçün 60 milyon avrosundan keçməyə hazırdı.

 

“Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo hələ yanvarda bu keçidi həll etmək istəyirdi. Ancaq London klubu keçidə razı olmamışdı.

 

Mourinyo Villianı “Çelsi”dəki fəaliyyəti dövründən yaxşı tanıyır. Villianın “Çelsi” ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq.

Tarix: 19 İyun 13:00    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.