"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avroliqada rəqiblərinin sayı azaldı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "Keşlə"nin I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

 

Sportinfo.az xəbər verir ki, hər 3 komanda püşkatma zamanı daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində yer alacaq.

 

"Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klubları olacaq.

 

"Neftçi"yə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə üz-üzə gələcək.

 

"Keşlə" isə "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.

 

Ümumilikdə 47 cütün formalaşdırılacağı I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

 

Bu mərhələnin qaliblərinə növbəti raundda daha 27 komanda qoşulacaq. Nəticədə Avroliqada II təsnifat mərhələsi üçün 37 cüt formalaşdırılacaq. Oyunlar isə iyulun 26-da və avqustun 2-də keçiriləcək.

 

Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Tarix: 19 İyun 12:24    Oxunub: 429    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.