“Olimpiya”nın kapitanı: "Qarabağ"ı udmaq üçün əlimizdən gələni edəcəyik"

Bu gün Çempionlar Liqasının yeni mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatması olub. Püşk Azərbaycan çempionu “Qarabağ”ın qarşısına Sloveniyanın “Olimpiya” komandasını çıxarıb.

 

Sportinfo.az xəbər verir ki, “Olimpiya”nın kapitanı Branko İliç ölkəsinin mətbuatına açıqlamasında püşkün nəticəsini dəyərləndirib:

 

"Püşk bizi potensial rəqiblərimiz arasında ən güclüsü ilə üz-üzə qoydu. İkinci mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"la oyunlara çox yaxşı hazırlaşmalıyıq". 

 

“Qarabağ”ın “Olimpiya” ilə ilk oyunu iyulun 10-11-də Sloveniyada , cavab görüşü isə 17-18 iyulda Bakıda olacaq.

Tarix: 19 İyun 15:00    Oxunub: 385    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.