"Mənim ailəm var, belə adamlarla işim ola bilməz"

"Vladimir Miçoviçin başına gələndən xəbərim var. Lakin təfərrüatlarından məlumatsızam" - Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərabaycan milli komandasının və "Neftçi" klubun sabiq futbolçusu Branimir Subaşiç deyib.


Bu gün Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasında baş vermiş atışma nəticəsində Azərbaycan vətəndaşı Yaşar Rüstəmov ayağından yaralanıb. "Abşeron"un sabiq prezidenti olan həmin şəxslə bərabər, Subaşiçlə "Neftçi"də komanda yoldaşı olmuş həmyerlisi Vladimir Miçoviç də döyülərək, başından xəsarət alıb.

 

Miçoviç 2005 - 2010, Subaşiç isə 2005 - 2008-ci illərdə "Neftçi"də çıxış edib. Hazırda Belqradda yaşayan 35 yaşlı veteran futbolçu Miçoviçlə əlaqə saxlamağı və ona baş çəkməyi lazım bilməyib: "Mənim ailəm var. Belə adamlarla işim ola bilməz. Səhər saat 6-da küçədə gəzirsənsə, başına hər cür işin gəlməsi mümkündür. Üzr istəyirəm, ancaq bu barədə danışmaq belə istəmirəm".

Tarix: 14 Fevral 18:12    Oxunub: 285    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.