Qurban Qurbanov: "Komandaya 5 legionerin gəlməsini istəyirəm"

"Gedən futbolçunun yeri mütləq doldurulmalıdı"


Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.


Çempionlar Liqasına hazırlaşan Ağdam klubunun çalışdırıcısı transfer çalışmaları haqda danışıb: "Bildiyiniz kimi, iki transferimiz artıq var: Filip Ozobiç və Rahil Məmmədovla rəsmi müqavilə imzalamışıq.

 

Bir neçə transferinimiz də bu günlərdə gözlənilir. Ola bilər ki, 3-5 günə reallaşsın. Danışıqlar gedir. Ancaq hələ tam həllini tapmayıb.

 

Dəyişiklik komandaya həm lazım idi, həm də bizdən asılı olmayan nüanslar var idi və bunları nəzərə almalı idik. Bizə qapıçı da lazımdı və bu mövqe ilə də bağlı danışıqlar gedir. Qapıdan başlayaraq hər xətt üzrə çox ciddi formada danışıqlar gedir.

 

Planımda minimum 5 futbolçudu. Komandaya 5 legionerin gəlməsini istəyirəm. Buna nə dərəcədə nail olacağımızı qarşıdakı vaxtda biləcəyik. İnşAllah, düşündüyümüz alınsa, fikirləşdiklərimizin hamısını qura bilsək, hər şey yaxşı olacaq".

 

Tarix: 19 İyun 10:48    Oxunub: 765    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.