AÇ-da yunan-Roma millisindən 1 qızıl və 1 bürünc, “sərbəstlər”dən 4 medal

15-17 iyunda Macarıstanın Györ şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, məşqçi Namiq Quliyevin rəhbərliyi ilə sərbəst güləşçilərin yarışında 4 medal qazanılıb.

 

Məmməd Əhmədov (57 kq) yalnız finalda yenilib. Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) bürünc mükafata yetişiblər.

 

Əbdül Abdullayev (38 kq), Cavid Cavadov (41 kq), Fuad Yunusov (68 kq) 5-ci yerlə kifayətləniblər.

 

Məşqçi Əfsər Namazəliyevin rəhbərliyi ilə yunan-Roma güləş millimiz 2 medala sahiblənib. Elmir Əliyev (52 kq) finalda rusiyalı bahadıra qalib gəlib. Əli Əlizadə (68 kq) 3-cü yer tutub.

Tarix: 19 İyun 09:00    Oxunub: 261    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.