Ən yaxşı halda İspaniya ilə görüşdə sıraya dönə biləcək

Mərakeş yığmasının yarımmüdafiəçisi Nordin Amrabatın durumuna aydınlıq gəlib.

 

Sportinfo.az xəbər verir ki, Rusiyada təşkil olunmuş dünya çempionatının açılış turunda İranla oyunun sonlarında sıradan çıxan futbolçunun zədəsi çox ciddi olmasa da, ən azı bir qarşılaşmanı buraxmasına səbəb olacaq.

 

Belə ki, o, ikinci turda Portuqaliyaya qarşı oynaya bilməyəcək. Son mövsümü “Leqanes”də keçirən, müqavilə ilə “Uotford”a məxsus olan Nordin ən yaxşı halda İspaniya ilə görüşdə sıraya dönə biləcək.

 

Məlumata görə, zədədən sonra cəmi bir gün xəstəxanada yatan futbolçuya komandasının düşərgəsinə qayıtmağa icazə verilib. 31 yaşlı xavbek təxminən bir həftə məcburi istirahət etməlidi.

Tarix: 19 İyun 08:48    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.