“Xan Lənkəran” üçün toplanılmasına başlandı!

“Azərkitab”ın konfrans zalında “Xan Lənkəran” peşəkar futbol klubunun idarə heyətinin mətbuat konfransı keçirilib.

 

Sportinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan, İH sədri Rəsul Şükürsoy görülən işlər barədə məlumat verib.

 

Klubun ianə fondunun açıldığı elan edilib. Ardınca İdarə heyyətinin üzvləri Cəmil Şirvanov, Ülvi Hüseynli və Nail Zeynalov planlar barədə danışıblar.

 

Toplantıda jurnalistlərin sualları cavablandırılıb, layihənin yeni model olması və maarifləndirmə ilə bağlı işlərin aparılmasının zəururiliyi qeyd edilib.

 

Azərbaycan Respublikası ərazisində ianə etmək istəyənlər üçün ən rahat vasitə "MilliON" terminallarıdır.


Terminalın ekranında "Bank Xidmətləri"ni seçirik, "Kapital Bank" butonuna daxil oluruq, "Kart Hesabının Artırılması" bölməsini seçirik və aşağıdakı nömrəni daxil edirik:

4169733213182764

 

"İrəli" düyməsini basdıqdan sonra, "Nəğd Pulla Ödə" vasitəsi ilə ödəməni reallaşdırırıq.

 

Ölkə daxilindən və xaricindən Bank vasitəsi ilə də ödəmə etmək mümkündür. Bununla bağlı ölkə daxili üçün "AZN hesabı", ölkə xarici üçün "USD hesabı" saytımıza yerləşdirilib. 


Aşağıdakı keçiddən sayta daxil olub, İanələr və Hissə satın alması ilə bağlı bütün məlumatları ala bilərsiniz.

 

Suallarınız üçün qaynar xətt: +994 (77) 5991510 (Nömrədə Votsap var)

 

Ödəmələri etdikdən sonra, ödəmə qəbzlərini qətiyyən atmayın. Ödəmə qəbzlərini bu postun şərh bölməsində paylaşan şəxlərin ad və soy adları İanəçi siyahısına daxil ediləcək. 


İanəçilərə yığım bitdikdən sonra, qəbzlərini təqdim etməklə, müvafiq İanə Kartları və Hissə Şəhadətnamələri veriləcək.

 

Daha ətraflı məlumat:

http://khanlankaran.com/

 

Yılmış ianə məbləği Online rejimdə 3-4 saat aralıqlarla saytdakı sayğacda nümayiş etdiriləcəkdir.
Saytı izləməklə yığımlar haqda operativ məlumat əldə edə bilərsiniz.

 

Paylaşaq, digər dostlar da dəstək olsunlar!

 

Unutmayın, 1 nəfər, 100 nəfərdir. Hər birimiz öhdəmizə düşəni edərsək, bu klubun təməllərini birlikdə atacağıq. Gələcəkdə fərəhlənəcəyimiz bir əsərimiz olsun istəyirsinizsə, o əsəri yaradanlardan olun.

Tarix: 19 İyun 08:24    Oxunub: 670    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.