Premyer Liqa klubu transfer fəaliyyətini necə davam etdirir?

Ötən mövsüm hücum xəttində sıxıntılar yaşayan "Çelsi" transfer fəaliyyətini davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, "mavilər" "Bavariya"nın forvardı Robert Levandovskini hədəfə alıb.

 

Agentini dəyişdirən və Münhen klubundan ayrılmaq istəyən Robert karyerasını başqa ölkədə davam etdirmək istəyir.

 

Lakin Bundesliqa klubu 2021-ci ilə qədər müqaviləsi olan 29 yaşlı forvardı buraxmaq istəmir. "Çelsi" isə Alvaro Morato və Mişi Batşuayinin satışından bu keçidi həll etməkdə israrlıdı. Polşa millisinin üzvü 2014-cü ildən "Bavariya"da çıxış edir.

Tarix: 19 İyun 08:12    Oxunub: 299    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.